"Bunu etmək borcum idi"

10 Sentyabr 23:20 Güləş 600
"Bunu etmək borcum idi"

Güləş üzrə dünya çempionatının keçiriləcəyi “Stark Arena”da mətbuat konfransı keçirilib.

Sportinfo.az xəbər verir ki, tədbirdə Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviçlə yanaşı, dünya çempionları – Rafiq Hüseynov, amerikalı Tamira Mensah-Stok və serbiyalı Viktor Nemes iştirak edib.

Titullu güləşçimiz mətbuat konfransında bunları deyib:

“2007-ci ildə məhz burada keçirilən U-20 Avropa çempionatında gümüş medal qazanmışdım. Medalı mənə Nenad Laloviç təqdim etmişdi.

İndi isə dünya çempionu kimi UWW prezidenti ilə birgə mətbuat konfransında iştirak edirəm. Bu, mənim üçün böyük şərəfdir.

Rəqiblərim güclüdür. Hər kəs dünya çempionu ola bilər. Ancaq mən də bu mübarizəyə hazıram. Taktiki-texniki keyfiyyətlərimi inkişaf etdirmişəm. İkinci dəfə dünya çempionu ola bilərəm.

Bir çox komandanın çempionluq şansı var. Azərbaycan dünya çempionatının ən güclü yığmalarından biridir. Son Avropa çempionuyuq. İran və Gürcüstan milliləri də favoritlər sırasındadır.

Azərbaycan və Türkiyə 1 millət, 2 dövlətdir. Ona görə də keçən il dünya çempionu olanda hər iki dövlətin bayrağını dalğalandırdım.

Bunu etmək borcum idi. Finalda qalib gəldikdən sonra o qədər də sevinmədim. Çünki qardaş ölkənin idmançısını məğlub etmişdim

. Başqa ölkədən olan güləşçiyə qalib gəlsəydim, daha çox sevinərdim”.

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 03:00 "Sabah"la bacarmadılar