Daha bir azərbaycanlı dünya çempionu oldu

18 Avqust 01:20 Güləş 393
Daha bir azərbaycanlı dünya çempionu oldu

Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Qadjiyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında final görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, 74 kq-da yer alan idmançı qızıl medal uğrunda qarşılaşmada yaponiyalı Ryunosuke Kamiya ilə üz-üzə gəlib.

Rəqibini "tuşe" ilə məğlub edən Qadjıyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Daha əvvəl sərbəst güləşçilərdən Kənan Heybətov (70 kq) qızıl, Zirəddin Bayramov (65 kq) isə gümüş medal əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 19:00 Göz(ümüz)ə soxulan 9 xal
29 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 03:30 Həbib hara yoxa çıxıb?