Azərbaycanlı çempion: "Ən güclü rəqiblərim burada yoxdur"

10 Avqust 2022 11:20 Güləş 780
Azərbaycanlı çempion: "Ən güclü rəqiblərim burada yoxdur"

"Bizim üçün məsuliyyətli yarışdır, ona görə də İslam Həmrəyliyi Oyunlarına həmişəki kimi yaxşı hazırlaşmışıq.

Həm də dünya çempionatı ilə arasında az məsafə olduğundan, bu yarışa var gücümüzlə hazır olmağa çalışmışıq.

İnşallah, komanda şəklində yeni rekorda imza atarıq".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında yunan-Roma güləşi üzrə dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizli deyib.

30 yaşlı güləşçi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı 55 kq çəki dərəcəsində təmsil edəcək.

Əzizli bildirib ki, əsas diqqətlərini 10-18 sentyabr tarixlərində Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatına yönəldiblər:

"Şəxsən burada mənim əsas rəqibim Qazaxıstan və Türkiyə idmançısı olacaq. Çünki digərlərinə nisbətdə onlar daha yaxşıdır.

Amma ən güclü rəqiblərim burada yoxdur, dünya çempionatındadırlar. Əsas ora hazırlaşırıq".

İslamiadada yunan-Roma güləşinə avqustun 12-də start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"