Dünya Olimpiya Təsnifat turnirinə 5 qadın güləşçi ilə

4 May 00:28 Güləş 247
Dünya Olimpiya Təsnifat turnirinə 5 qadın güləşçi ilə

Mayın 6-dan 9-dək Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dünya Olimpiya Təsnifat turniri keçiriləcək.

Sportinfo.az xəbər verir ki, yarışda çıxış edəcək qadınlardan ibarət Azərbaycan yığması bu gün Bolqarıstana yollanıb.

Sonuncu lisenziya turnirində ölkəmizi baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (68 kq) və Gözəl Zutova (76 kq) təmsil edəcək. Yarışın proqramına əsasən, qadın güləşçilər mayın 7-8-də mübarizə aparacaq.

Güləşin bu növündə yeganə lisenziyamızı 2019-cu ildə Nur-Sultanda keçirilən dünya çempionatında qızıl medal qazanan Mariya Stadnik (50 kq) əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti