COP29

Azərbaycandan ora gedən olmayacaq

21 May 09:20 Futzal 1 025
Azərbaycandan ora gedən olmayacaq

Azərbaycanın futzal millisi İsveçrənin Nyon şəhərində təşkil olunacaq AVRO-2026-nın püşkatma mərasimində təmsil olunmayacaq.

Sportinfo.az xəbər verir ki, tədbir mayın 30-da gerçəkləşəcək.

Final mərhələsi 2026-cı ildə Latviyanın Kaunas və Litvanın Riqa şəhərlərində təşkil olunacaq Avropa çempionatının püşkatma mərasimində yığmamız III səbətdə yer alacaq.

Reytinq cədvəlinin 16-cı pilləsində qərarlaşan Azərbaycan yığması qrupunun ikinci komandası olacaq. III səbətdə yer alan komanlar qrup mərhələsində millimizin rəqibi olmayacaqlar.

40 komanda (6 milli – Andorra, Avstriya, Bolqarıstan, Kipr, Malta və İsveçrə ilkin mərhələdən vəsiqə qazanıb) hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünəcək.

Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri birbaşa, ən yaxşı göstəriciyə malik 8 qrup ikincisi isə pley-off (ev-səfər) oyunlarında üz-üzə gələcəklər.

İki matçın yekununda üstün olan tərəf həlledici mərhələdə oynamaq hüququ əldə edəcək.

Final mərhələsində bu iştirakçılara meydan sahibləri – Latviya və Litva da qoşulacaq və 16 milli Avropa çempionu olmaq uğrunda mübarizəyə başlayacaq.

Komandalar UEFA-nın reytinq cədvəlindəki yerlərinə uyğun olaraq səbətlərə bölünüb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"