"Belə qərar verdik, şansımızı hələ itirməmişik"

14 Dekabr 2023 02:30 Futzal 862
"Belə qərar verdik, şansımızı hələ itirməmişik"

“Artıq bir neçə gündür milli toplanışdadır.

Hazırlıq gedir və cümə günü Rumıniya ilə qarşılaşacağıq. Çalışacağıq ki, bu matçda yaxşı nəticə qazanaq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində Rumıniya yığması ilə dekabrın 15-də Bakıda qarşılaşacaq Azərbaycan millisinin baş məşqçi Vitali Borisov deyib.

Bu gün brifinq keçirən mütəxəssis rəqibin oyununu təhlil etdiklərini bildirib:

“Elə günlər olub ki, 1 dəfə hazırlıq keçmişik. Nəzəri məşqlərimiz də olur.

Rumıniyanın oyunlarını izləyirik, çıxışlarını təhlil edirik. Rəqibin heyətində müəyyən qədər dəyişikliklər var”.

O, bu dəfə yerli çempionatda çıxış edən oyunçulara daha çox şans verəcəyini vurğulayıb:

“Millimizin heyətində də dəyişikliklər var. Düşündük ki, bu 2 matçda daha çox Azərbaycan çempionatında çıxış edən oyunçulara şans verək.

Bu toplanışa ölkə xaricindən çox az oyunçu dəvət etmişik. Heyətdə hazırda cəmi 2-3 legioner var”.

Borisov qeyd edib ki, bu dəyişiklik növbəti mərhələ şansının az olması ilə bağlı deyil:

“Sadəcə, belə qərar verdik. Şansımızı hələ itirməmişik.

Düzdür, son 2 oyunda qalib gəlsək də, hər şey bizdən asılı deyil. 9 xal kifayət etməyə bilər.

Digər qruplardakı vəziyyət həlledici olacaq. 5 qrupdan 4 ən yaxşı ikinci yeri tutanlar mərhələ adlayacaqlar”.

Səfərdəki məğlubiyyətə baxmayaraq, millimizin çalışdırıcısı bu dəfə qələbəyə inanır:

“Səfərdə Rumıniyaya 1:3 hesabı ilə uduzmuşduq. Halbuki həmin matçda məğlub olmamalıydıq.

Qol imkanlarını boşa vermişdik. Bu dəfə evdə oynayırıq. Heyətimiz təcrübəlilərdən ibarətdir. Eləcə də gənclər də öz güclərini göstərməlidirlər”.

Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"