Millinin 23 yaşlı üzvü koronavirusdan öldü - FOTO

28 Fevral 2020 00:42 Futzal 1 607
Millinin 23 yaşlı üzvü koronavirusdan öldü - FOTO

Qadın futzalçılardan ibarət İran millisinin sabiq üzvü Elham Şeyxi koronavirusdan dünyasını dəyişib.

Sportinfo.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, Qum şəhərində ölümcül virusa yoluxan 23 yaşlı futzalçının həyatını xilas etmək mümkün olmayıb. Şeyxi İsfahanın "Sepahan" klubunun da formasını geyinib.

İranda rəsmi məlumatlara görə koronavirusdan ölənlərin sayı 26 nəfərdir. Bundan əlavə, 245 yoluxma halı qeydə alınıb.

Eyni zamanda İranda səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və deputatlar Mahmud Sadiqi və Müctəba Zünnur koronavirus daşıyıcısıdır.

Xəbər Lenti