“Neftçi”nin məşqçisi: “Hazırda bir oyunçu ilə danışıq aparırıq”

30 Dekabr 2023 16:40 Futzal 1 929
“Neftçi”nin məşqçisi: “Hazırda bir oyunçu ilə danışıq aparırıq”

“Hazırda bir futzalçı ilə danışıq aparırıq”.

Sportinfo.az xəbər verir ki, bunu futzal üzrə Yüksək Liqada çıxış edən “Neftçi” İK-nın məşqçisi İlkin Hacıyev Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis fasilə dönəmində heyəti gücləndirəcəklərini deyib:

“Heyətimizi qorumuşuq, gücləndirməyə çalışacağıq. Danışıq apardığımız oyunçu legionerdir, alınsa, onunla anlaşacağıq”.

İlkin Hacıyev hazırda istirahətdə olan komandanın 2024-cü il yanvarın 4-5-də məşqləri bərpa edəcəyini söyləyib:

“Planımız hazırdır, "Olimpik Star"da hazırlaşacağıq. Təbii ki, əvvəlcə fiziki, daha sonra taktiki planda məşqlər keçəcəyik.

Yoldaşlıq oyunları ilə bağlı konkret söz deyə bilməyəcəm. Ancaq digər komandalar da yığışdıqdan sonra danışacağıq.

Oyunlar keçirməyə çalışacağıq. Əlbəttə, məqsədimiz ilk yarıdakı kimi inamlı və uğurlu çıxışın davamını gətirməkdir”.

Azərbaycan çempionatının I dövrəsində keçirdiyi 10 oyunda 23 xal toplayan “Neftçi” İK turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb və lider “Araz-Naxçıvan”dan 2 xal geri qalır.

Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"