"Xan-Lənkəran" və "Trabzonspor" Azərbaycan çempionatında

1 Sentyabr 2023 02:20 Futzal 843
"Xan-Lənkəran" və "Trabzonspor" Azərbaycan çempionatında

Futzal üzrə Birinci Liqanın 2023-2024-cü il mövsümündə iştirak edəcək komandaların adları və sayı bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu dəfə 12 komanda qalib adı uğrunda yarışacaq.

Oyunlar iki dövrədən ibarət olacaq və dairəvi sistemlə keçiriləcək. Liqada mövsümə oktyabrda start veriləcək.

İştirakçı komandaların adlarını diqqətinizə çatdırırıq: “Şuşa”, “Metropoliten”, “Ulduz”, “STAR kargo”, “Trabzonspor”, “Timsport”, “Dəstə Ordubad”, PFL, “Xan-Lənkəran”, “Baku Fire-2”, “Dalğa”, “Bakı” MFK

Xəbər Lenti