"Neftçi" üzərində qələbəyə bu cür sevindilər – VİDEO+FOTOREPORTAJ

27 Aprel 09:40 Futzal 392
"Neftçi" üzərində qələbəyə bu cür sevindilər – VİDEO+FOTOREPORTAJ

Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşib.

Ölkə çempionu “Araz-Naxçıvan” PFL-ə 6:3 hesabı ilə qalib gələrək adını finala yazdırıb.

Yarımfinalın digər matçında “Neftçi” İK-nı 7:4 hesabı ilə üstələyən “Baku Fire” həlledici görüşə vəsiqə qazanıb.

İkincilər finfal fitindən sonra qələbə sevincini azarkeşlərlə bölüşüb. Arenaya təşrif buyurmuş fanatların əhatəsinə düşən oyunçular bayram əhval-ruhiyyəsinə bürünüb.

"Neftçi" İK – "Baku Fire" 4:7
Qollar: Reza Abgoun, 21:22, 30:58, Vahib Xocayev, 23:50, Namiq Məmmədkərimov, 24:57 – Kənan Manafov, 2:13, 18:11, 22:02, Oktay Rüstəmli, 9:45, 23:30, İaqo Henrique, 29:07, Tofiq Mikayılov, 37:10

"Araz-Naxçıvan" – PFL 6:3
Qollar: Lukas Romao, 13:34, 37:22, Amadeu, 29:31, 36:29, Andre Junior, 31:12, Miloş Todoriç, 39:06 – Eyvaz Tağıyev, 3:43, Raqif Eyvazov, 22:12, Emil Abaszadə, 39:37.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Xəbər Lenti