Azərbaycan çempionatında yeni hadisə - Komanda meydanaçaya çıxmadı

8 Mart 03:20 Futzal 386
Azərbaycan çempionatında yeni hadisə - Komanda meydanaçaya çıxmadı

Futzal üzrə Yüksək Liqada XV turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, ilk matç “Record club” təyin olunan vaxtda meydana çıxmadığına görə, baş tutmayıb.

Bu görüşün nəticəsi barədə AFFA-nın İntizam Komitəsi qərar verəcək.

İkinci oyunu “millilərin dueli” kimi də xarakterizə etmək olar. Belə ki, U-19 A millinin bazası hesab edilən lider “Araz-Naxçıvan”la üz-üzə gəlib.

Fasiləyə qədər 5 cavabsız qol vuran Vitali Borisovun drujinası üstünlüyünü ikinci hissədə də davam etdirib və yekunda böyükhesablı qələbə qazanıb.

Son matçda “Yasamal Bakı” rəqibinə müqavimət göstərsə də, məğlubiyyətdən qaça bilməyib.

U-19 – Araz-Naxçıvan (0:5) 0:9

7 mart. Bakı İdman Sarayı. Saat 16:30

Hakimlər: Rza Məmmədov, Mahir Məmmədov, Xəlil Xəlilov

Hakim-inspektor: Mehman Mahmudov

Qollar: Xəzər Ağalızadə, 8:31, Miloş Todoriç, 11:25, 34:56, Lukas Romao, 11:40, Məhəmməd Abbasov, 15:04, Andre Junior, 17:51, 35:26, Emil Həsənzadə, 37:20, 39:15

Yasamal Bakı – Neftçi İK (3:6) 4:12

7 mart. Bakı İdman Sarayı. Saat 18:30

Hakimlər: Knyaz Əmiraslanov, Nahid Xasıyev, Hidayət Feyzullayev

Hakim-inspektor: Əfqan Həmzəyev

Qollar: Rüstəm Bağırov, 11:29, 30:44, Şoruş Heydari, 18:49 (ö/q), Murad Ələkbərli, 19:11 // Mirzə Əmirov, 2:06, 8:51, 29:40, 36:54, Reza Abgoun, 9:52, 17:49, 33:25, Fərid Atakişiyev, 12:14, Ülvi Əliyev, 14:58, 38:23, 38:35, Vahib Xocayev, 31:52

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!