Azərbaycan komandası Millətlər Liqasının finalında uduzdu

2 May 2025 00:40 Futzal 1 822
Azərbaycan komandası Millətlər Liqasının finalında uduzdu

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Millətlər Liqası turnirində final oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda həlledici görüşdə Slovakiya ilə qarşılaşıb.

Matçın əsas vaxtı 2:2 hesablı heç-heçə bitib. Penaltilər seriyasında isə meydan sahibləri 3:1 hesablı qələbə qazanıblar.

Komandamız yarımfinalda Belçikaya 2:0 hesabı ilə qalib gəlib. Ötən gün isə qrupda Slovakiyaya uduzub (2:3), Ukrayna ilə heç-heçə edib - 2:2.

Digər Xəbərlər
Xəbər Lenti
5 Noyabr 18:10 Çək və bizə göndər!
5 Noyabr 09:40 Niyə alınmadı, rəis?