COP29

Azərbaycanlı baş məşqçi püşkdən gileyləndi: “Bu komanda ilə qarşılaşmağı heç istəmirdik”

6 İyul 2023 02:00 Futzal 1 182
Azərbaycanlı baş məşqçi püşkdən gileyləndi: “Bu komanda ilə qarşılaşmağı heç istəmirdik”

"Araz-Naxçıvan"ın baş məşqçisi Vitali Borisov komandasının futzal üzrə Çepionlar Liqasındakı rəqiblərini qiymətləndirib.

Sportinfo.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, o, püşkü belə dəyərləndirib:

“Püşkdən əvvəl potensial rəqiblərimizi dəyərləndirən zaman, “Riqa” ilə qarşılaşmağı heç istəmirdik. Çünki bu komandanın daha səviyyəli legionerlərlə gücləndiyini bilirdik.

Üstəlik, onlar qrup oyunlarına evsahibliyi edəcəklər. Heyətdən əlavə, meydan amili də “Riqa”nın xeyrinə işləyəcək.

Türkiyə çempionu qrupumuzun autsayderidir desək, bəlkə də yanılmarıq. Reytinq də bunu göstərir.

Onlarda futzal hələ yeni-yeni inkişaf mərhələsinə qədəm qoyub. Almaniya klubları haqda isə konkret fikir yürütmək olmur".

Mütəxəssis qarşılarına növbəti mərhələyə adlamaq tapşırığının qoyulduğunu deyib:

"Bunlar ilkin təəssüratlardır. Əlbəttə, rəqiblərimiz haqda daha geniş məlumat öyrənməyə çalışacağıq. İstənilən halda, komandanın qarşısına konkret tapşırıq qoyulub:

16 ən güclü komanda arasında yer almalıyıq. Bunun üçün də rəqibin kimliyindən asılı olmayaraq, meydana ancaq qələbə qazanmaq üçün çıxacağıq.

Əlbəttə, yaxşı hazrılıq keçməli, heyətimizi komplektləşdirməliyik. Transferlərlə bağlı çalışmalarımız davam edir.

Hazırlığa başlayana qədər nəzərdə tutduğumuz oyunçularla anlaşmağa çalışacağıq. Komanda iyulun 17-dən məşqlərə başlayacaq”.

Mübarizəyə ilkin mərhələdən başlayacaq son ölkə çempionu Latviyanın "Riqa", Almaniyanın "Yan Regensburq" və Türkiyənin "İstanbul Şişli" komandaları ilə birlikdə A qrupunda yer alacaq.

Digər Xəbərlər
Xəbər Lenti