Millimizin kapitanı dünya çempionu olmaq istəyir - Bakıda

03:50 Futzal 89
Millimizin kapitanı dünya çempionu olmaq istəyir - Bakıda

"Dünya çempionatının qalibi olmağı çox istərdim".

Sportinfo.az xəbər verir ki, bunu Bakıda keçiriləcək minifutbol üzrə Azərbaycan yığmasının kapitanı Elvin Əlizadə deyib.

O, mundialda uğurlu çıxış edərək azarkeşlərə sevinc bəxş etmək istədiklərini söyləyib:

"Komandada bəzi dəyişiklər var. Deyərdim ki, bu dəyişikliklər müsbət olub.

Dünya çempionatının qalibi olmağı çox istərdim. Təbii ki, bunun üçün çox çalışmalıyıq".

Dünya çempionatı 21 may - 1 iyun aralığında Milli Gimnastika Arenasında keçiriləcək.

Azərbaycan yığması 32 komandanın iştirak edəcəyi mundialın A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti