"Böyük fürsətdir" - Millinin baş məşqçisi Bakıdakı dünya çempionatı haqda dedi

03:40 Futzal 75
"Böyük fürsətdir" - Millinin baş məşqçisi Bakıdakı dünya çempionatı haqda dedi

Minifutbol üzrə Polşa komandasının baş məşqçisi Rafal Slubovski mayın 21-dən iyunun 1-dək Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı gözləntilərini bölüşüb.

Sportinfo.az “Gol24” portalına istinadən xəbər verir ki, polyakların çalışdırıcısı komandanın hədəflərindən bəhs edib:

"Bakıya gedəcək komanda yenidir. Biz enerji və yeni adlara diqqət yetirmişik.

Polşada minifutbol sürətlə inkişaf edir və Bakıda keçirilən dünya çempionatı bizim üçün dünyanın ən yaxşı komandalarının siyahısına daxil olmaq üçün böyük fürsətdir".

Polşa yığması Qazaxıstan, ABŞ və Bosniya və Herseqovina ilə birlikdə F qrupunda mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 May 15:40 21-ci dəfə çempion
19 May 03:40 Nazir XƏBƏR VERDİ