
Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında finala yüksəlib.
Sportinfo,az xəbər verir ki, komanda yarımfinalda Belçikanı 2:0 hesabı ilə üstələyib.
A qrupunda yer alan yığmamız dünən iki oyun keçirib. Əvvəlcə Ukrayna ilə qarşılan komanda 2:2 hesablı heç-heçə edib..
Yığmamız növbəti oyunda meydan sahibləri ilə üz-üzə gəlib. Görüş slovakiyalıların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan və Ukrayna komandaları eyni xal və top fərqinə malik olsalar da, daha çox qol vurduğuna görə millimiz ikinci yeri tutub və yarımfinala yüksəlib.
Yığmamız bu mərhələdə Belçika ilə qarşılaşacaq. Oyun bu gün saat 14:15-də start götürəcək.