“Yeni komandalar var, yəqin ki, onlar güclü ola bilməzlər”

16 Mart 02:20 Futzal 671
“Yeni komandalar var, yəqin ki, onlar güclü ola bilməzlər”

"Dünya çempionatında münasib qrupa düşmüşük".

bunu "report"a açıqlamasında Azərbaycanın minifutbol millisinin baş məşqçisi Elşad Quliyev Bakıda təşkil olunacaq dünya çempionatında yer aldıqları A qrupunu dəyərləndirərkən deyib.

Mütəxəssis qrupu lider kimi başa vurmaq istədiklərini söyləyib:

“Münasib qrupa düşdük. İnanıram ki, xeyrimizə olacaq. İrəli getmək üçün qrupdan daha az güc itkisi ilə çıxmaq vacibdir.

Sloveniya tanıdığımız rəqibdir, sonuncu Avropa çempionatında görmüşük. Bəhreyn ilə Mavritaniyanı görməmişəm.

Oyunlarını izlədikdən sonra onlara qarşı necə hazırlaşmaq haqqında qərar verəcəyik. Qrupdan ikinci yerlə çıxsaq, ilk pley-offda Rumıniya kimi güclü rəqiblə düşə bilərik. Ona görə də ilk pilləni tutmaq istəyirik. İnanıram ki, bunu bacara bilərik”.

O, dünya çempionatında güclü komandaların çox olduğunu vurğulayıb:

“Əsasən də Avropa komandaları güclüdür. Bundan əlavə, ABŞ, Meksika, həmçinin Argentina da çox yaxşı komandalardır.

Portuqaliya və İspaniyanı da qeyd edərdim. Özbəkistanın yaxşı komanda ilə qatılacağını düşünürəm.

Çünki Özbəkistanda futzal hazırda ən yaxşı dönəmini yaşayır. Futzalla minifutbolda bənzərlik var.

Bizi güclü mundial gözləyir. Yeni komandalar da var, yəqin ki, onlar güclü ola bilməzlər”.

Baş məşqçi heyətlə bağlı sualı da cavablandırıb:

“Heyətimiz genişdir, yeni oyunçularımız var. Hər biri nəzərimizdədir, dünya çempionatında onların xidmətindən yararlanmaq niyyətindəyik. Yəqin ki, yaxın günlərdə heyət açıqlanacaq”.

Azərbaycan yığması dünya çempionatının A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq.

32 komandanın iştirak edəcəyi mundial mayın 21-dən iyunun 1-dək təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var