Klubsuz oyunçu Azərbaycan millisinin heyətindən kənarlaşdırıldı

5 Mart 2025 03:00 Futzal 950
Klubsuz oyunçu Azərbaycan millisinin heyətindən kənarlaşdırıldı

Avro-2026-nın əsas mərhələsi çərçivəsində Yunanıstan ilə qarşılaşacaq Azərbaycan millisinin təlim-məşq toplanışı davam edir.

Sportinfo.az xəbər verir ki, hazırlıq prosesinə cəlb olunan futzalçıların siyahısında dəyişiklik olunub.

Baş məşqçi Vitali Borisovun qərarı ilə hazırda klubsuz olan Seymur Məmmədovun əvəzinə toplanışa “Baku Fire”in üzvü Fərid Abbasov qatılıb.

Yunanıstan - Azərbaycan oyunu martın 11-də Afinada keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti