Millimiz Xorvatiyaya biabırçı hesabla uduzdu

1 Fevral 00:30 Futzal 1 429
Millimiz Xorvatiyaya biabırçı hesabla uduzdu

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Vitali Borisovun rəhbərlik etdiyi komanda səfərdə Xorvatiya ilə üz-üzə gəlib.

Pula şəhərində keçirilən görüş Azərbaycan yığmasının böyük hesablı məğlubiyyəti ilə başa çatıb.

Millimiz qrupdakı ilk matçında Bakıda İsveçlə heç-heçə edib (3:3).

Əsas mərhələ. V qrup

Xorvatiya - Azərbaycan - 9:2

Qollar: Periç 2,49 (1:0), Çekol, 10,54 (2:0), Kuraja, 15,44 (3:0), Yelovçiç, 21,21 (4:0), Kuraja, 25,20 (5:0), Ülvi Əliyev, 27,11 (5:1), Moravaç, 29,23 (6:1), Mataja, 31,14 (7:1), Oktay Rüstəmli, 32,12 (7:2), Postruzin, 35,58 (8:2), Vukmir, 39,16 (9:2)

Hakimlər: Viktor Bugenko (Moldova), Qriqori Oşomkov (Estoniya), Yaqnar Yakobson (Estoniya)

Timekepeer: Dino Kramar (Xorvatiya)

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi