Azərbaycan AÇ-nın əsas mərhələsinə vəsiqə qazandı

27 Yanvar 2025 01:20 Futzal 734
Azərbaycan AÇ-nın əsas mərhələsinə vəsiqə qazandı

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsinə vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, İlqar Aslanovun rəhbərlik etdiyi kollektiv San Marinoda keçirilən ilkin mərhələnin B qrupunu birinci pillədə başa vurub.

Bu gün meydan sahibləri ilə heç-heçə (2:2) edən U-19 xallarının sayını 4-ə çatdırıb.

Yığma daha əvvəl Kosovonu 4:1 hesabı ilə üstələyib.

Əsas mərhələnin görüşləri 25-30 mart aralığında Xorvatiyada keçiriləcək. 7-ci qrupda yer alacaq futzalçılarımız meydan sahibi Xorvatiyadan başqa, Bosniya və Herseqovina və Türkiyədən olan həmyaşıdalrı ilə qarşılaşacaq.

Qrup qalibi bu ilin sentyabrında Moldovanın Kişinyov şəhərində baş tutacaq final mərhələsinə vəsiqə qazanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA