“Neftçi” ilə oyunda aranı qatdı, söydü, hakimi döymək istədi - NÖVBƏTİ QALMAQAL

25 Yanvar 2025 02:30 Futzal 1 635
“Neftçi” ilə oyunda aranı qatdı, söydü, hakimi döymək istədi - NÖVBƏTİ QALMAQAL

“Star Kargo”nun futzalçısı Qərib İbrahimov 5 oyunluq diskvalifikasiya olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.

İbrahimovun cəzalanmasına Azərbaycan kubokunun 1/4 finalında “Neftçi” İK klubuna qarşı matçın 17-ci dəqiqəsində təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadəyə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimə fiziki təzyiq göstərməsi səbəb olub.

Digər Xəbərlər
Xəbər Lenti
5 Noyabr 18:10 Çək və bizə göndər!
5 Noyabr 09:40 Niyə alınmadı, rəis?