Braziliyalı hücumçu və müdafiəçi TRANSFER OLUNDU

20 Yanvar 2025 14:00 Futzal 2 401
Braziliyalı hücumçu və müdafiəçi TRANSFER OLUNDU

“Baku Fire” iki braziliyalı futzalçı ilə anlaşıb.

Sportinfo.az xəbər verir ki, Paulo Henrike Alves de Souza və Henrike Suares Qimaraeş yaya qədər karyeralarını paytaxt təmsilçisində davam etdirəcəklər.

22 yaşlı futzalçılardan Paulo hücumçu, Qimaraeş isə müdafiəçidir. P.Henrike sonuncu dəfə vətənində AABB, Henrike Suares isə "ADİ İndaiatuba" klubunda çıxış edib.

Əvəzində Amadeu komandadan ayrılıb. O, Braziliyanın “Marreko” klubuna transfer olunub.

"Baku Fire" 8 oyundan sonra 22 xalla Yüksək Liqanın turnir cədvəlinə başçılıq edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA