“Millimiz yenidən formalaşdırılır, əsas odur ki, məğlub olmadıq”

21 Dekabr 2024 03:20 Futzal 667
“Millimiz yenidən formalaşdırılır, əsas odur ki, məğlub olmadıq”

"Yığma üzvlərinin beynəlxalq oyun təcrübəsi artdıqca, nəticələr yaxşılaşacaq".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov millinin AÇ-2026-nın əsas mərhələsində İsveçə qarşı keçirdiyi oyunu dəyərləndirərkən deyib.

O, zamanla nəticələrin daha yaxşı olacağını söyləyib:

“Bilirsiniz ki, millimiz yenidən formalaşdırılır, heyətdə təcrübəlilərlə yanaşı, kifayət qədər gənc futzalçılar da var.

Bakıda olmadığıma görə oyunu televiziya vasitəsilə izlədim. Uşaqlar normal oynadılar.

Qələbə qazanmaq mümkün idi. Amma əsas odur ki, məğlub olmadıq. Yığma üzvlərinin beynəlxalq oyun təcrübəsi artdıqca, nəticələr yaxşılaşacaq".

Bakı İdman Sarayında keçirilən Azərbaycan - İsveç görüşü 3:3 hesabı ilə bitib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu