!["Onun verdiyi tapşırıqları layiqincə yerinə yetirmək istəyirik"](https://www.sportinfo.az/media/2024/12/14/72ebcbe4-9a2a-3ab6-ac27-024eb60d97ab_850.jpg)
"İsveçlə oyunda azarkeşlərimizi sevindirmək istəyirik".
Sportinfo.az xəbər verir ki, bunu AVRO-2026-nın əsas mərhələsində İsveçlə üz-üzə gələcək Azərbaycan futzal millisinin üzvü Mirzə Əmirov jurnalistlərə açıqlamasında deyib.
O, Bakıda təlim-məşq toplanışı keçən yığmanın qarşıdakı görüşə ciddi hazırlaşdığını bildirib:
"Dekabrın 9-da təlim-məşq toplanışına start verdik. Yığmada əhval-ruhiyyə yüksək səviyyədədir.
İsveçlə oyuna yaxşı hazırlaşmışıq. Baş məşqçimizin verdiyi tapşırıqları layiqincə yerinə yetirmək istəyirik.
İnşallah, bu matçda azarkeşlərimizə qələbə sevinci bəxş edəcəyik".
Azərbaycan - İsveç oyunu dekabrın 17-də, saat 20:00-da Bakı İdman Sarayında keçiriləcək.