COP29

Millimizin baş məşqçisinin sorğu-sual saatı

12 Dekabr 2024 03:50 Futzal 397
Millimizin baş məşqçisinin sorğu-sual saatı

AVRO-2026-nın əsas mərhələsində İsveçlə keçiriləcək oyuna hazırlıq məqsədi ilə Bakıda təlim-məşq toplanışında olan Azərbaycan millisinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi və baş məşqçi Vitali Borisovun brifinqi təşkil olunacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Brifinq dekabrın 13-də, saat 11:45-də "Olimpik Star"da keçiriləcək. Daha sonra ilk 15 dəqiqəsi açıq məşq baş tutacaq.

Azərbaycan - İsveç oyunu dekabrın 17-də, saat 20:00-da Bakı İdman Sarayında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 10:20 Kvaratsxeliya vidalaşdı