COP29

“Neftçi” faydalandı

8 Dekabr 2024 09:25 Futzal 506
“Neftçi” faydalandı

Futzal üzrə Yüksək Liqada II dövrəyə start verilib.

Sportinfo.az xəbər verir ki, VI turun açılış oyununda son çempion hazırkı liderlə üz-üzə gəlib.

Gərgin keçən matçda hesabı “Araz-Naxçıvan” açıb. Amma lider sonrakı dəqiqələrdə nominal meydan sahiblərini 2 dəfə meydanın mərkəzinə dəvət edib.

Teymur Eyvazovun yetirmələri bu üstünlüyünü sona qədər qoruya bilməyib. Belə ki, növbəti dəqiqələrdə qapıçını meydan oyunçusu ilə əvəzləyən Rayiç bunun bəhrəsini görüb və Giovanni status-kvonu bərpa edib.

Liderin xal itkisindən “Neftçi” İK faydalanıb. İlkin Hacıyevin drujinası debütantdan üstün olub.

Turun son görüşündə isə 3 xalı U-19 bayram edib. İlqar Aslanovun yetirmələri ilk dövrədə olduğu kimi, bu dəfə də “Yasamal Bakı”nı məğlub edib.

"Araz-Naxçıvan" – "Baku Fire" 2:2

"Neftçi" İK – "Şuşa" 4:0

"Yasamal Bakı" – U-19 3:6

Digər Xəbərlər
Xəbər Lenti