COP29

“Baku Fire”ın 5 oyunçusu Bosniya yolunda – SON SİYAHI

31 Oktyabr 16:20 Futzal 404
“Baku Fire”ın 5 oyunçusu Bosniya yolunda – SON SİYAHI

Azərbaycanın futzal millisinin Bosniya və Herseqovinaya qarşı keçirəcəyi yoldaşlıq matçları üçün heyəti bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu bərədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Millimizin baş məşqçisi Vitali Borisov 14 futzalçını yığmaya dəvət edib:

Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Kamran Hacıyev (“Baku Fire")

Oyunçular: Xəzər Ağalızadə, Ülvi Əliyev, Nurlan Məmmədov, Emil Həsənzadə (hamısı “Araz-Naxçıvan”), Tofiq Mikayılov, Oktay Rüstəmli, Murad Quluzadə, Fərid Abbasov (hamısı “Baku Fire”), Seymur Məmmədov, Eldar Zeynalov, Mirzə Əmirov (hamısı “Neftçi” İK), İlham Alıyev (U-19)

Yığma noyabrın 3-dən 6-dək sözügedən ölkədə təlim-məşq toplanışında olacaq. Yoldaşlıq matçları noyabrın 4-də və 5-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 09:25 Futbolun dirçəlişi