COP29

“Biz çempionatın ən istəkli komandasıyıq” - AÇIQLAMA

19 Oktyabr 09:40 Futzal 725
“Biz çempionatın ən istəkli komandasıyıq” - AÇIQLAMA

Oktyabrın 22-də futzal üzrə Yüksək Liqada yeni mövsümə start veriləcək.

Çempionatda 6 komanda iştirak edəcək ki, onlardan biri – “Şuşa” debütantdır.

Digər 5 iştirakçı ötən mövsüm çempionatda gücünü sınayıb. Yarışmaçılar 4 dövrə mübarizə aparacaq.

20 turun yekununda ən çox xal toplayacaq kollektivAzərbaycan çempionu olacaq və ölkəmizi Çempionlar Liqasının 2025-2026-cı illər mövsümündə təmsil edəcək. İkinci və üçüncü pillənin sahibinə isə müvafiq olaraq gümüş və bürünc medallar, diplomlar təqdim olunacaq.

Çempionatın favoritlərin – “Baku Fire” ilə “Araz-Naxçıvan” ilk turda üz-üzə gələcək.

Paytaxt təsmilçisinin baş məşqçisi Teymur Eyvazov yeni mövsümlə bağlı gözləntilərini Sportinfo.az ilə bölüşüb:

“Komandamız növbəti mövsümə qismən hazırdır. Düzdür, hazırlığa iyun ayından başlamışıq, amma hələ də bəzi çatışmazlıqlarımız var.

Hazırlıq prosesində əksər oyunçularımız iştirak edə bilməyib. Buna səbəb onların tələbələrin yığmasına, əsas milliyə çağırılması və “Araz”la Çempionlar Liqasına yollanmalarıdır.

Odur ki, komandayla az məşq elədilər. Cəmi bir dəfə - Qazaxıstandan “Astana” ilə oynamaq imkanımız oldu. Bu da hazırlıq prossesi üçün çox azdır.

Heyətimizə yeni cəlb olunan oyunçular var, Nurlan Mehdizadə və Amadeu yeni transferlərimizdir.

Mənim onlara inamım böyükdür. Yeni sezondakı rəqiblərimiz haqda nəsə deyə bilmərəm.

Əsas rəqiblərimizdən olan “Araz” və “Neftçi”nin heyətində yeni oyunçular var. Bütün suallara meydançada aydınlıq gələcək.

“Baku Fire”ın uğurlu bir sezon keçirəcəyinə əminəm, Oyunçularımız bunun üçün çox istəklidir. Biz çempionatın ən istəkli kollektiviyik”.

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 09:25 Futbolun dirçəlişi