Gələn mövsüm Azərbaycan çempionatında 6 komanda iştirak edəcək

10 Oktyabr 2024 13:40 Futzal 3 465
Gələn mövsüm Azərbaycan çempionatında 6 komanda iştirak edəcək

Futzal üzrə Azərbaycan Yüksək Liqasında 6 komanda iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.

Komitə Yüksək Liqanın 2024/2025 mövsümündə iştirak edəcək komandaların siyahısını təsdiqləyib. Cari çempionatda “Araz-Naxçıvan”, “Baku Fire”, “Neftçi” İK, “Yasamal Bakı”, U-19 və “Şuşa” iştirak edəcək.

Mövsümün püşkü oktyabrın 15-də, saat 14:00-da AFFA-nın konfrans zalında atılacaq. I turun oyunları oktyabrın 22-də keçiriləcək.

I Liqada isə 12 komanda iştirak edəcək. Oyunlara oktyabrın 20-də start veriləcək.

Azərbaycan çempionatında yay "transfer pəncərəsi” oktyabrın 21-i, saat 23:59-da bağlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 16:10 Çək və bizə göndər!
17 Yanvar 08:50 "Qarabağ"ın 3:1 FOTOLARı
17 Yanvar 02:30 Yoxladılar - 1:0