COP29

“Oyunçularım bunu anlamadıqları üçün tez hirslənirlər”

8 May 01:10 Futzal 302
“Oyunçularım bunu anlamadıqları üçün tez hirslənirlər”

"Penaltilər seriyasında bəxtimiz gətirdi".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Kubokunun qalibi olan futzal üzrə "Araz-Naxçıvan"ın baş məşqçisi Vitali Borisov deyib.

Mütəxəssis “Baku Fire” ilə final qarşılaşmasının çətin keçdiyini bildirib: "Rəqibin rəhbərliyinə gözəl komanda qurduqları üçün təşəkkür edirəm. Hər iki tərəf çempionluğa layiq idi".

O, yetirmələrinin meydandakı davranışı barədə də danışıb:

"Həmişə uşaqlara deyirəm ki, hakimlə mübahisə etməsinlər. Bunu anlamadıqları üçün tez hirslənirlər.

Çempionatın gedişində qırmızı və sarı vərəqələrimiz olurdu. Bu gün də qırmızı vərəqə aldıq.

Ancaq bu, oyun epizodu zamanı oldu. Nə qədər desəm də, futbolçular hələ bunu anlamırlar".

V.Borisov meydanda taktiki mübarizə getdiyini deyib:

“Düzdür, səhv etdik, qol buraxdıq. Topu itirdikdən sonra əvəzləmə edərkən rəqib autu başladı və qol vurdu.

Belə olmamalıdır, uşaqlar düzgün davranmalıdırlar. 5-in 4-ə taktikası üzərində çox az işləyirik.

Bu gün 2 braziliyalı futzalçımız zədə ilə oynadı. Bu səbəbdən 5-in 4-ə taktikasına keçdik ki, istirahət etsinlər. Hardasa uğurlu alındı, səhv etmirəmsə, belə vəziyyətdə iki qol vurduq".

Final görüşünün əsas və əlavə vaxtı 5:5 hesabı ilə bitib. "Araz-Naxçıvan" penaltilər seriyasında 5:4 hesablı qalibiyyətə sevinib.

Xəbər Lenti