Komanda Azərbaycan çempionluğunu rəsmiləşdirdi

8 Aprel 02:20 Futzal 405
Komanda Azərbaycan çempionluğunu rəsmiləşdirdi

Futzal üzrə Yüksək Liqada XVII turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, ilk matçda iddialı “Araz-Naxçıvan”la “Neftçi” İK qarşılaşıb.

“Qırmızı-ağlar” qələbə qazanacağı təqdirdə çempionluğu təmin edəcəkdi. Heyətlərə gəldikdə, “Neftçi” cəzalı Reza Abgounun, “Araz-Naxçıvan” isə zədəli Azər Fərmanovun xidmətindən yararlana bilmirdi.

Hesab erkən açıldı. Daha sonra Auqusto dubl etməklə fərqi 3 topa çatdırdı. Düzdür, “Neftçi” Amirlə fərqi 2 topa endirdi, ancaq növbəti qol da liderdən gəldi. Bu dəfə Lukas dubl müəllifi oldu.

Fasiləyə qədər isə “ağ-qaralar” fərqi yenidən 2 topa endirdi. İlk yarıdan fərqli olaraq ikinci hissəyə “Neftçi” qolla başladı.

Təcrübəli Məmmədkərimov toru silkələdi. Onun 29-cu dəqiqədə penaltidən vurduğu qol isə hesaba tarazlıq gətirdi.

Amma bu bərabərlik 30 saniyə çəkdi. Auqusto het-trik etməklə komandasını da önə keçirdi.

İkinci oyunda “Baku Fire” böyükhesablı qələbə qazanmaqla “Neftçi” ilə xal fərqini artırdı. “Yasamal Bakı” da turu böyükhesablı qələbə ilə yekunlaşdırdı.

“Araz-Naxçıvan” – “Neftçi” İK (4:2) 5:4

Qollar: Lukas Romao, 0:17, 7:47, Diaqo Auqusto, 3:34, 4:53, 29:15 // Amir Şojaei, 6:44, Ülvi Əliyev, 14:21, Namiq Məmmədkərimov, 21:58, 28:46 (pen.)

U-19 – Baku Fire (0:3) 1:10

Qollar: Bəyoğlan Vəlizadə, 33:23 // Tofiq Mikayılov, 1:19, Kənan Manafov, 8:48, 21:43, 29:37, İaqo Henrique, 14:51, 20:29, Oruc Baxşəlizadə, 33:40, 35:00, 37:12, Elvin Quliyev, 39:56

Record club – Yasamal Bakı (0:5) 1:11

Qollar: Nahid Mirzəzadə, 39:46 // Behroz Jafari, 7:28, 38:12, Adil İsmayılov, 14:16, Rüstəm Bağırov, 14:55, 15:05, 24:03, 31:24, 38:31, 39:21, Fuad Məmmədzadə, 19:31, Tofiq Məlikov, 37:49

Xəbər Lenti