COP29

"Neftçi" və PFL yanaşı addımlayır…

30 Mart 03:10 Futzal 717
"Neftçi" və PFL yanaşı addımlayır…

Azərbaycan kubokunun 1/4 final mərhələsinin oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, ilk matçda Yüksək Liqanın iki iştirakçısı üz-üzə gəlib.

Fasiləyə qədər 2 qol vuran ötənilki kubok görüşünün finalçısı ikinci hissədə müqavimətlə üzləşib. Daha doğrusu, tərəflər eynisayda qol vursa da, ilk yarıda “Neftçi”nin vurduğu qollar mərhələ adlamaq üçün yetərli olub.

Günün ikinci oyununda “Baku Fire” böyükhesablı qələbəyə sevinib. Çempionatda rəqib tanımayan “Araz-Naxçıvan” kubok matçında bir qədər əziyyət çəkməli oldu.

Fasiləyə məğlub yollanan “ağ-qırmızılar”ın baş məşqçisi Vitali Borisov ikinci hissədə legionerləri “döyüş”ə qoşmalı oldu. Onların meydana atılması duelin taleyini həll etdi.

Birinci Liqanın iki liderinin görüşü isə daha gərgin keçdi. Bir neçə gün əvvəl çempionatda olduğu kimi, bu dəfə də qələbəni PFL aktivinə yazdırdı və yarımfinala yüksəldi.

Neftçi İK – Yasamal Bakı (2:0) 6:4
Qollar: Reza Abgoun, 1:30, 22:44, 36:42, Vahib Xocayev, 3:22, Ülvi Əliyev, 23:28, Fərid Atakişiyev, 32:50 // Adil İsmayılov, 24:52, Behroz Cəfəri, 29:20, Əsgər Abasov, 34:11, 35:07

Baku Fire – U-19 (3:1) 10:3
Qollar: Tofiq Mikayılov, 4:52, Oktay Rüstəmli, 16:08, 32:27, 32:44, İaqo Henrique, 17:05, 28:22, 33:18, Kənan Manafov, 22:51, 27:28, Əli Axundov, 38:08 (ö/q) // Fərid Abbasov, 17:30 (ö/q), Qüdrət Qasımzadə, 30:45, Rüfət Məmmədli, 31:44

Araz-Naxçıvan – Baku Fire-2 (1:2) 6:5
Qollar: Novruz Kazıxanov, 3:13, Andre Junior, 27:25, Lukas Romao, 31:07, Xəzər Ağalızadə, 31:14, 35:46, Diaqo Auqusto, 32:52 // Elşən Mahmudov, 2:06, Ramazan Atakişiyev, 10:15, Elçin İsmayılov, 28:18, Vladislav Vorobyev, 36:40, Fərid Əhmədov, 38:58

PFL – Bakı (4:1) 6:3
Qollar: Elşən Zərbəliyev, 1:38, 12:32, 31:04, Nicat Qafarlı, 13:13, 17:32, Emil Abaszadə, 24:28 // İlham İsmayılov, 16:26, Nicat Qafarlı, 21:14 (ö/q), Əsgər Alışanov, 38:19

Digər Xəbərlər
Xəbər Lenti
28 May 20:30 Qarabağda İŞ VAR!