“Bakı”nın məşqçisi daha kimləri təhqir etmədi ki..?

19 Mart 2024 09:00 Futzal 1 674
“Bakı”nın məşqçisi daha kimləri təhqir etmədi ki..?

AFFA İntizam Komitəsi futzal üzrə I Liqa komandası “Bakı”nın məşqçisi Namiq İbrahimovu cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, 17-ci turda PFL ilə görüşdə hakimləri təhqir etdiyi üçün qırmızı vərəqə alan mütəxəssis meydanı tərk edərkən hakimlər və yarış təşkilatçılarının ünvanına davamlı olaraq təhqiredici ifadələr işlədib.

Bu, onun 5 oyunluq diskvalifikasiya edilməsi ilə nəticələnib.

Həmin liqanın “Metropoliten” – “Dalğa” oyunu isə birincilərin təyin edilən vaxtda meydanda olmaması ucbatından baş tutmayıb. Bu, “Metropoliten”in 0:5 hesablı texniki məğlubiyyət almasına yol açıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 Noyabr 18:10 Çək və bizə göndər!
5 Noyabr 09:40 Niyə alınmadı, rəis?