"Neftçi" 3:3 etdi, "Araz-Naxçıvan" 16 cavabsız qol vurdu

15 Mart 09:20 Futzal 3 046
"Neftçi" 3:3 etdi, "Araz-Naxçıvan" 16 cavabsız qol vurdu

Futzal üzrə Yüksək Liqada IV dövrəyə start veriləcək.

Sportinfo.az xəbər verir ki, XVI turun ilk matçında “Neftçi” İK “Baku Fire” ilə heç-heçə edib - 3:3.

Ardınca son çempion “Araz-Naxçıvan” “Yasamal Bakı”nı 16 cavabsız qolla üstələyib.

Son olaraq 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi autsayder “Record club” ilə üz-üzə gəlib. Qarşılaşma U-19-un qələbəsi ilə bitib - 14:2.

“Araz-Naxçıvan” 43 xalla liderdir. “Baku Fire” 34 xalla ikinci, “Neftçi” İK 33 xalla üçüncü pillədə qərarlaşıb. “Yasamal Bakı”nın 14, U-19-un 9, “Record club”un isə 4 xalı var.

“Baku Fire” – “Neftçi” İK (0:3) 3:3
Qollar
: Kənan Manafov, 21:30, Tofiq Mikayılov, 24:21, Oktay Rüstəmli, 37:33 // Şoruş Heydari, 0:11, Alireza Bayat, 1:59, Amir Şojaei, 19:

“Yasamal Bakı” – “Araz-Naxçıvan” (0:5) 0:16
Qollar
: Diaqo Auqusto, 6:15, Miloş Todoriç, 9:21, Lukas Romao, 11:08, 12:17, 25:58, Andre Junior, 12:46, Məhəmməd Abbasov, 20:36, 21:06, 29:32, 39:11, Həsənəli Rəhimov, 23:32, 36:50, Xəzər Ağalızadə, 24:45, Novruz Kazıxanov, 32:53, 33:30, Emil Həsənzadə, 37:55

U-19 – “Record club” (7:0) 14:2
Qollar
: Rəvan Məşiyev, 3:04, 19:28, 30:06, 31:03, İlham Alıyev, 4:31, Rüfət Məmmədli, 5:35, 34:30, Oruc Aslanov, 6:32, Ümid Qəhrəmanov, 16:37, 28:40, Pünhan Qasımzadə, 18:53, 38:18, Oqtay Mahmudzadə, 32:20, Bəyoğlan Vəlizadə, 39:43 // Nahid Mirzəzadə, 21:11, Əli Axundov, 36:01 (ö/q)

Xəbər Lenti