Millimizin oyunçusundan danışdı: “Qaça bilmirdi, xəndəkdə uzanıb...”

11 Fevral 00:50 Futzal 423
Millimizin oyunçusundan danışdı: “Qaça bilmirdi, xəndəkdə uzanıb...”

"Spartak" (Moskva) futzal klubunun sabiq mətbuat kativi Andrey Bodrov maraqlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, sabiq futzalçularla bağlı hekayələri bölüşüb:

Onlar arasında milli komandamızın və "Araz-Naxçıvan"ın sabiq üzvü Serjao da var.

Bodrov həmişə xarici görkəmi ilə diqqətləri cəlb edən, futzalçıdan daha çox döyüşçüyə bənzəyən 44 yaşlı braziliyalı ilə bağlı maraqlı hekayə danışıb:

“Mövsümlərarası fasilədə braziliyalılar bütün iyun boyu istirahətdə olmaq üçün evə yollandılar. Bizim komandada da məşhur Serjao oynayırdı. Biz onu “Seryoja sütunu” adlandırırdıq. Onun çəkisində aşkar problemlər var idi. Amma biz bilirdik ki, Serjao 106-107 kiloqram olsa belə çox güclüdür və bombardir olacaq. Çox texnikalı idi, güclü zərbələri vardı. Topu alır, dönür və vurur. Heç kim onun öhdəsindən gələ bilmirdi.

Serjao tətildən demək olar ki, 120 kiloqram çəki ilə qayıtdı. Bu, 12 kiloqram fərq demək idi. Vətənində ləzzətli lobya və ət yediyini, özünə heç nəyi qıymadığını dedi, hamı ilə əyləndiyini gizlətmədi. Moskva bölgəsində təlim-məşq toplanışı başlayır, Lovçev komandaya 10 kilometrlik kross qaçışı verir. Hamı qaçır, təlimçilərdən biri onları maşında müşayiət edirdi. O, birdən maraqlı bir şey görür. Serjao yolun kənarında bir xəndəyin içində uzanıb günəş vannası qəbul edir.

Məşqçi maşını sürür və soruşur: "Nə edirsən?" Serjao cavab verir: "Mənimlə istədiyinizi edin, daha qaça bilmərəm".

Sonra o, ciddi pəhriz saxladı, bəzən hətta qidalanmadı. Yıxıldı, uzandı, sonra meydana çıxdı və Rusiya çempionatının bombardiri oldu".

Qeyd edək ki, əsl adı Serjio Luis Masiel Lukas olan Serjao 2008-2010-cu illərdə “Araz Naxçıvan” klubunda çıxış edib. O, Azərbaycan millisində 43 oyun keçirib və 12 qol vurub. Braziliyalı 2010-cu ildə Azərbaycan millisinin Avropa çempionatında dördüncü yeri tutmasında əsas pay sahiblərindən biri olub.

Heybət

Xəbər Lenti