Azərbaycan klubundan növbəti transfer - Braziliyalı

17 Yanvar 2024 01:50 Futzal 864
Azərbaycan klubundan növbəti transfer - Braziliyalı

Qış transfer pəncərəsindən maksimum istifadə edən “Araz-Naxçıvan” heyətini gücləndirib.

Sportinfo.az xəbər verir ki, ölkə çempionu bu dəfə braziliyalı futzalçı ilə anlaşıb.

“Stolb” mövqeyində oynayacaq Dioqo Auqusto mövsümün sonuna qədər “qırmızı-ağlar”ın uğuru üçün tər tökəcək. 24 yaşlı futzalçı ölkəsində “Taboao da Serra” və “San Paulo” klubunda çıxış edib.

“Araz-Naxçıvan” buna qədər Miloş Todoriç, Həsənəli Rəhimov və Andre Korrea dos Santos Juniorla anlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi