COP29

Azərbaycan klubu 2024-cü ildə ilk transferini rəsmiləşdirdi

10 Yanvar 01:10 Futzal 1 290
Azərbaycan klubu 2024-cü ildə ilk transferini rəsmiləşdirdi

“Araz-Naxçıvan” futzal klubu 2024-cü ildə ilk transferini rəsmiləşdirib.

Sportinfo.az xəbər verir ki, ölkə çempionu Andre Korrea dos Santos Juniorla anlaşıb.

Andrezinyo ləqəbli 26 yaşlı oyunçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.

Buna qədər vətənində “Sao Lourenço”, “Taubate”, “Yuventude”, “Esporte Futuro” və “Praya” klublarında çıxış etmiş hücumameyilli futzalçı yanvarın 11-də Bakıya gələcək və ertəsi gün yeni komandası ilə məşqlərə başlayacaq.

Yüksək Liqanın liderini dekabrda Eriko Dannilo, Xətai Bağırov və İsa Atayev tərk ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"