Azərbaycan Kubokunda iştirak edəcək komanda sayı bilindi

9 Yanvar 2024 20:20 Futzal 797
Azərbaycan Kubokunda iştirak edəcək komanda sayı bilindi

Futzal üzrə Azərbaycan Kubokunun 2023/2024 mövsümündə iştirak edəcək komandaların sayı müəyyənləşib.

Sportinfo.az-ın Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, turnirdə 16 klub mübarizəyə qoşulacaq.

Yanvarın 17-də baş tutacaq püşkatma mərasimində 1/8 final mərhələsinin cütləri bilinəcək. Bakı İdman Sarayında keçiriləcək tədbir saat 12:00-da başlayacaq.

İştirakçı komandalar “Araz-Naxçıvan”, “Neftçi” İK, “Baku Fire”, “Record club”, “Yasamal Bakı”, U-19, “Bakı”, “Baku Fire-2”, PFL, “Xan-Lənkəran”, “STAR kargo”, “Dalğa”, “Timsport”, “Trabzon Azərbaycan”, “Dəstə Ordubad” və “Metropoliten” olacaqlar.

1/8 final oyunları fevralın 10-11-də keçiriləcək. Hər mərhələ bir görüşdən ibarət olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"