Azərbaycan millisinin oyunçuları Belçika klubu ilə anlaşdı

9 Yanvar 2024 02:00 Futzal 978
Azərbaycan millisinin oyunçuları Belçika klubu ilə anlaşdı

“Araz-Naxçıvan” futzal klubundan ayrılan Xətai Bağırov və İsa Atayev karyeralarını Belçikada davam etdirə bilərlər.

Sportinfo.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Azərbaycan millisinin üzvü X. Bağırov məlumat verib.

O, “Futsal Beşiktaş Gent” klubu ilə şifahi razılıq əldə olunduğunu bildirib:

“1+1 illik müqavilə şərtlərində anlaşdıq. Sadəcə, viza məsələsinə görə ölkə xaricinə yollanmağımız gecikəcək”.

Hazırda minifutbol üzrə “İnter” komandasının baş məşqçisi olan 36 yaşlı futzalçı sənədləri hazır olana kimi burada işləyəcəyini söyləyib:

“Transfer pəncərəsi açılana qədər “İnter”də qalacam. Ayağımda zədə var idi, yavaş-yavaş düzəlir.

Əgər Belçikaya getmək alınmasa, ya burada qalacam, ya da başqa təklifləri dəyərləndirəcəm. Çünki hazırda “Zirə” klubu da mənimlə yaxından maraqlanır”.

Xətai Bağırovla İsa Atayev 2022-ci ildə də “Futsal Beşiktaş Gent” klubunun formasını geyiniblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA