Yığmamıza 3 qol vurdular, baş məşqçi "fəxr edirəm" söylədi

23 Dekabr 2023 01:00 Futzal 1 018
Yığmamıza 3 qol vurdular, baş məşqçi "fəxr edirəm" söylədi

Futzal üzrə Niderland millisinin baş məşqçisi Migel Andres DÇ-2024-ün elit-raund mərhələsinin A qrupunun son oyununda Almeredə Azərbaycan yığması üzərində qazandıqları qələbəni (3:0) şərh edib.

Sportinfo.az xəbər verir ki, federasiyanın rəsmi saytına açıqlama verən ispaniyalı mütəxəssis bunları deyib:

“Oyunçular və personalın göstərdikləri fədakarlıqla fəxr edirəm. Digər ölkələrlə müqayisədə biz bu böyük nailiyyəti minimal resurslarla əldə etdik.

Bu böyük insanların bir hissəsi olmaqdan qürur duyuram. Ümid edirəm ki, bu qələbə Niderland futzalının peşəkarlaşması yolunda daha bir addım olacaq”.

Andres Niderland millisini dünya çempionatının pley-off mərhələsinə çıxarıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"