Yığmamız Niderlanda məğlub oldu, qrupda sonuncu yeri tutdu

20 Dekabr 2023 23:20 Futzal 621
Yığmamız Niderlanda məğlub oldu, qrupda sonuncu yeri tutdu

Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində son oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, A qrupunda yer alan Vitali Borisovun kollektivi Niderlandla qarşılaşıb.

Almere şəhərində yerləşən “Topsportsentrum Arena”da baş tutan görüş meydan sahiblərinin qalibiyyəti ilə yekunlaşıb. 3:0 hesablı qələbə qazanan Niderland 9 xalla qrupu ikinci pillədə başa vurub və pley-offa vəsiqə əldə edib.

Yığmamız isə 4 xalla sonuncu yeri tutub.

Qrupun digər matçında Qazaxıstan səfərdə Rumıniyanı 2:0 hesabı ilə məğlub edib.

20 dekabr

Niderland – Azərbaycan 3:0

Qollar: Attahiri, 1 (1:0), Buzambu, 10 (2:0), Ceyar, 38
Hakimlər: Dominikas Norkus, Mantas Pomeçkis, İrmantas Kapraşovas (hamısı Litva).

Timekeeper: Joern Te Kloeze (Niderland).

Hakim-inspektor: Karel Heniç (Çexiya).

UEFA nümayəndəsi: Fabritsio Di Feliçe (İtaliya).

Almere. “Topsportsentrum Arena”.

Xallar: Qazaxıstan - 15, Niderland - 6, Rumıniya - 4, Azərbaycan - 4.

Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"