"Etiraf edim ki, bu qrupda ən pis oyunumuzu Azərbaycana qarşı keçirmişik"

19 Dekabr 2023 23:20 Futzal 1 329
"Etiraf edim ki, bu qrupda ən pis oyunumuzu Azərbaycana qarşı keçirmişik"

Futzal üzrə Niderland millisinin baş məşqçisi Migel Andres DÇ-2024-ün elit-raund mərhələsinin A qrupunun 6-cı turunda Almeredə Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyun (20 dekabr) haqda danışıb.

Sportinfo.az xəbər verir ki, federasiyanın rəsmi saytına açıqlama verən mütəxəssis millimizlə görüşə qələbə üçün çıxacaqlarını deyib:

"Ümid edirəm ki, arena tamamilə dolacaq və izdiham yüksək olacaq. Futzalçılarım artıq bu atmosferə öyrəşiblər.

Azərbaycanla matçda qələbə qazanmaq istəyirik. Amma etiraf edim ki, bu qrupda ən pis oyunumuzu Azərbaycana qarşı keçirmişdik. Onlara 1:6 uduzmuşduq".

Digər Xəbərlər
Xəbər Lenti
5 Noyabr 18:10 Çək və bizə göndər!
5 Noyabr 09:40 Niyə alınmadı, rəis?