Belçika klubunun oyunçusu Azərbaycan millisinə çağırıldı

18 Dekabr 2023 08:40 Futzal 805
Belçika klubunun oyunçusu Azərbaycan millisinə çağırıldı

Futzal üzrə DÇ-2024-ün elit-raundunda dekabrın 20-də Niderlandla qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Vitali Borisov Emil Həsənzadəni və Rumıniya ilə görüşdə zədələnən Amadeunu səfər aparmayacaq.

Əvəzində “Neftçi” İK-dan Mirzə Əmirov və karyerasını Belçikanın RSCA klubunda davam etdirən Eduardo Borges milliyə qoşulacaq.

Millinin Niderlandla oyun üçün heyəti

Qapıçılar: Rövşən Hüseynli, Emin Kürdov

Oyunçular: Ülvi Əliyev, Rafael Vilela, Nihad İsmayılov, Eduardo Borges, Fərid Atakişiyev, Xəzər Ağalızadə, Novruz Kazıxanov, Amir Sojaei, Oktay Rüstəmli, Hadi Ahmadi, Tofiq Mikayılov, Mirzə Əmirov

Digər Xəbərlər
Xəbər Lenti
5 Noyabr 18:10 Çək və bizə göndər!
5 Noyabr 09:40 Niyə alınmadı, rəis?