"Bu sanksiyalara görə şansımızı itirdik"

16 Dekabr 2023 09:00 Futzal 373
"Bu sanksiyalara görə şansımızı itirdik"

Futzal üzrə Rumıniya millis komandası DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığması ilə 5:5 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, qonaqların baş məşqçisi Endre Kaçso açıqlama verib:

- Hər iki komanda yaxşı vəziyyətdə idi. Çox yaxşı oyun oldu. Dörd oyunçumuz milliləşdirmə məsələlərinə görə oynamırdı. Azərbaycan millisi çox yaxşı oynadı. Bu komandanın şansı var.

- Futzalçılarınızın cəzalandırılmasından sonra millinin xalları silinmişdi. Komandanı oyuna necə motivasiya etmişdiz?

- Həm oyunçular, həm komanda üçün çox çətindir. Bu sanksiyalara görə şansımızı itirdik. Elə futzalçılarımız var idi ki, birinci oyunlarını keçirirdilər millidə. Onlar üçün yaxşı şans idi. Heç vaxt oynamayanlar şans qazandı.

Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"