"Kimin sənədinin düz olub-olmamasını rəhbərlik bilir"

16 Dekabr 2023 08:40 Futzal 344
"Kimin sənədinin düz olub-olmamasını rəhbərlik bilir"

Futzal üzrə Azərbaycan millis komandası DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində Bakıda Rumıniya ilə 5:5 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, yığmamızın baş məşqçisi Vitali Borisov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Uşaqlar çox yaxşı oynadılar. Matç bizim nəzarətimiz altında keçdi. Rumıniya müdafiədən oynayırdı. Bütün oyunu öndə idik. Sadəcə təcrübəmiz çatmadı. Rumıniya say üstünlüyü ilə daha yaxşı oynayır. Komandada 80 faiz yeni oyunçularımız var. Futzalçılardan çox razı qaldım.

- Yeni younçulardan razı qaldız?

- Bəli. Hamısından.

- Qapıya gedən həlledici zərbələr Rövşən Hüseynli üçün əlçatmaz oldu...

- Bəlkə birinci qolu xilas edə bilərdi. Amma 5-4-ə oynayanda rəqibdə bir oyunçu artıq olur. Rövşəndən də razı qaldım. Rəqibin say üstünlüyü çox olanda, çətindir. Rövşənin səhvini görmədim. Amma analizə baxacam.

- Braziliyalılarla bağlı milliləşdirmə problemi var. Bu prosses davam etsə, bizi çətin dövr gözləyir? Çünki onlarsız çox çətin görünür...

- Bizdə də braziliyalılar oynayırdı. Edu qırmızı vərəqəyə görə yox idi, bir-iki nəfər zədəli idi. Kimin sənədinin düz olub-olmamasını rəhbərlik bilir. Yenidən başlamaq lazımdırsa, vaxt aparacaq. Gənclərimiz azdır. Proses əlbəttə vaxt aparmalıdır.

Xəbər Lenti