Prezident milli üzvlərinə matçdan əvvəl nə söylədi?

15 Dekabr 2023 04:00 Futzal 818
Prezident milli üzvlərinə matçdan əvvəl nə söylədi?

AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov DÇ-2024-ün elit raundunda Rumıniya ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, AFF prezidenti komandanın üzvlərinə qarşıdakı oyunlarda ugurlar arzulayıb.

Millinin baş məşqçisi Vitali Borisov hazırlıqla və oyunçuların durumu ilə bağlı federasiya rəhbərinə məlumat verib. Görüşdə AFF-nin vitse-prezidenti Elşən Abasov, İcraiyyə Komitəsinin üzvü Rövşən Mirzəyev də iştirak ediblər.

DÇ-2024-ün seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan – Rumıniya oyunu dekabrın 15-də, saat 20:00-da keçiriləcək. Bakı İdman Sarayınına giriş sərbəst olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"