“Hər birimiz millidə özümüzü göstərmək istəyirik”

15 Dekabr 2023 08:40 Futzal 360
“Hər birimiz millidə özümüzü göstərmək istəyirik”

“Millidə ab-hava çox yaxşıdır, hər birimiz özümüzü göstərmək istəyirik”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Tofiq Mikayılov Bakıda Rumıniya yığmasına qarşı keçirəcəkləri DÇ-2024-ün elit mərhələsinin oyunundan əvvəl deyib.

O, qarşıdakı matçda yalnız qələbə barədə düşündüklərini bildirib:

“Baş məşqçimiz Vitali Borisovun rəhbərliyi altında bir neçə gündür təlim-məşq toplanışındayıq. Komandada əhval-ruhiyyə yaxşıdır. Rumıniya ilə oyuna ancaq qələbə üçün çıxacağıq”.

Daha əvvəl minifutbol millisində çıxış edən T.Mikayılov peşəkarlıq baxımından futzalın üstün olduğunu söyləyib:

“Bəli, mən minifutbol millisində də çıxış etmişəm. Lakin düşünürəm ki, peşəkarlıq cəhətdən futzal daha yaxşıdır.

Həmçinin ölkə çempionatında klubların sayı daha çox olsa, yerli uşaqlar da üzə çıxarlar. Minifutbolda ölkə çempionatında iştirakçı sayı çoxdur.

Bu da azarkeşlərə maraqlı gəlir. Ümid edirəm ki, növbəti mövsün futzalda da komanda sayı artacaq”.

O, Rumıniya və Qazaxıstanla matçlardakı məğlubiyyətə baxmayaraq, futzal millimizin heç də pis təsir bağışlamadığın qeyd edib:

“Düzdür, əvvəlki matçlarda millinin düşərgəsində olmamışam. Amma qarşılaşmaları izləmişəm və bilirəm ki, uşaqlar yaxşı oynayıblar.

Yenidən həmin matçlara qayıtmağa ehtiyac yoxdur. Hər şey keçmişdə qalıb.

İnşallah, qarşıdakı 2 matçda 6 xal qazanacağımıza inanırıq. Allahın köməkliyi ilə dünya çempionatına vəsiqə qazanarıq”.

Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"