Azərbaycan yığmasında sorğu-sual və açıq gün

12 Dekabr 2023 02:50 Futzal 882
Azərbaycan yığmasında sorğu-sual və açıq gün

DÇ-2024-ün elit mərhələsində Bakıda Rumıniya ilə üz-üzə gələcək futzal üzrə Azərbaycan millisinin qarşılaşmadan əvvəl açıq məşqi keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Bakıda təlim-məşq toplanışında olan yığmanın hazırlıq prosesi dekabrın 13-də, saat 10:00-da mətbuat üçün açıq olacaq.

Məşqdən əvvəl, saat 09:45-də isə baş məşqçi Vitali Borisov jurnalistlərin suallarını cavablandıracaq.

Dekabrın 15-də Bakı İdman Sarayında gerçəkləşəcək Azərbaycan - Rumıniya görüşü saat 20:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
5 Noyabr 18:10 Çək və bizə göndər!
5 Noyabr 09:40 Niyə alınmadı, rəis?