“Neftçi”dən milliyə çağırılan: “Bacardığım qədər kömək edəcəm”

12 Dekabr 2023 01:00 Futzal 717
“Neftçi”dən milliyə çağırılan: “Bacardığım qədər kömək edəcəm”

"Növbəti mərhələyə yüksəlmək şansımız var, amma hər xal uğrunda gərgin mübarizə gedəcək".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Fərid Atakişiyev DÇ-2024-ün elit mərhələsində Rumıniya və Niderland yığmalarına qarşı keçirəcəkləri matçdan əvvəl federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

33 yaşlı oyunçu komandanı qarşıda maraqlı və ağır görüşlərin gözlədiyini bildirib:

"Təcrübəli futzalçı kimi yığmaya bacardığım qədər kömək edəcəyəm. Rumıniya və Niderland milliləri yüksəlişdədirlər.

Çalışacağıq doğma meydan amilindən istifadə edək. Daha sonra səfərdə keçirəcəyimiz Niderlandla matç haqqında fikirləşmək olar”.

"Neftçi"də çıxış edən oyunçu uzun fasilədən sonra milliyə dəvət almasına da toxunub:

"Hazırlıq prosesi maraqlı keçir. Əlbəttə, yığmanın düşərgəsində olmaq fəxrdir.

Bu hissləri yenidən yaşamağıma şərait yaradan baş məşqçiyə təşəkkür edirəm".

Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində dekabrın 15-də Bakıda Rumıniyanı qəbul edəcək, bundan 5 gün sonra isə səfərdə Niderland ilə görüşəcək.

Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"