Zəlzələ bu oyunun baş tutmamasına səbəb oldu, “Neftçi” 19 qol vurdu

7 Dekabr 2023 19:40 Futzal 911
Zəlzələ bu oyunun baş tutmamasına səbəb oldu, “Neftçi” 19 qol vurdu

Bu gün futzal üzrə Yüksək Liqada 10-cu turun oyunları keçirilib.

Turun ilk dueli – “Baku Fire” – “Record” görüşü baş tutmayıb.

Buna səbəb “Baku Fire”in protokolu matçın startına 75 dəqiqə qalmışa qədər “Yarışların idarəetmə sistemi”nə göndərməməsidir.

Hadisə bu gün səhər saatlarında baş verən zəlzələ ilə bağlıdır. Belə ki, klubun texniki məsələlərə məsul əməkdaşı məlum olaydan ciddi narahatlıq keçirib.

Şok yaşayan işçi komandanın protokolunu “Yarışların idarəetmə sistemi”nə vaxtında yerləşdirməyə gec qalıb. Nəticədə komandalar yarım saatdan çox meydançada gözləməli olub.

Azərbaycan Futzal Federasiyası “sistem”in açılmasına kömək etməyib. Təbii ki, “Araz-Naxçıvan”ın başına belə bir hadisə gəlsəydi, federasiya mənsubları problemi 2 dəqiqənin içində həll edərdi, nə dil bilərdi, nə də dodaq.

Axı adını çəkdiyimiz komanda onların özlərinə məxsusdur.

Nəticə ilə bağlı AFFA-nın İntizam Komitəsi qərar verəcək.

Digər iki oyun favoritlər üçün məşq xarakterli olub. “Neftçi” İK və “Araz-Naxçıvan” fasiləyə böyükhesablı qələbə ilə yollanıb.

SPORTİNFO.AZ

“Neftçi” İK – “Yasamal Bakı” 19:2
Qollar: Vahib Xocayev, 0:36, 2:22, 17:22, 20:43, 34:38, Amir Şojaei, 1:34, 29:42, Reza Abgoun, 1:41, 3:38, 21:01, 28:20, 33:03, Əjdər Əjdərov, 3:48, Ülvi Əliyev, 5:02, Nüsrət Fərzəli, 14:39, 23:41, 25:12, 38:09, Mirzə Əmirov, 30:59 – Rüstəm Bağırov, 32:38, Sabir Hacıəliyev, 36:57.
Hakimlər: Ceyhun Hüseynov, Vüsal Balaşov, İmran Məhərrəmov.
Olimpik Star. Saat 15:00.

“Araz-Naxçıvan” – U-19 11:2
Qollar: Amadeu, 0:26, 9:36, 30:49, Erik Dannilo, 2:21, 8:55, Novruz Kazıxanov, 11:22, Məhəmməd Abbasov, 19:20, Behroz Cəfəri, 25:07, 28:36, 38:29, Emil Həsənzadə, 33:11 – Qüdrət Qasımzadə, 19:07, Oqtay Mahmudzadə, 31:06.
Hakimlər: Əli Cəbrayılov, Mahir Məmmədov, Hidayət Feyzullayev
Olimpik Star. Saat 17:00.

Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"